British School in Baku Azeri

British School in Baku

Baku images

“BSB” Tam Orta İnnovasiyalar Məktəbinin saytına xoş gəlmisiniz!

2007-ci ildə açılmasına baxmayaraq məktəbimiz Azərbaycanda yeganə Britaniya Beynəlxalq Məktəbi kimi tanınır. 

Məktəbdə Britaniya Milli Tədris Proqramı tətbiq edilir. Bu proqram dünyanın bir çox ölkələrində müvəffəqiyətlə tətbiq edilən  tədris proqramlarından biridir. Biz hesab edirik ki, məktəbin üzərinə düşən vəzifə təkcə təhsil vermək deyil, həmçinin də həyat boyu insanın köməyinə gələ biləcək  bilikləri əldə etmək  bacarığını aşılamaqdır. Bizim məqsədimiz şagirdlərə yüksək keyfiyyətli təhsil verərək onların dünyanın istənilən ölkəsində  universitetə daxil olmalarını təmin etməkdir.

Ümid edirik ki, siz bizim veb səhifə vasitəsilə məktəb haqqında ətraflı məlumat ala və məktəbdə baş verən ən son xəbərləri izləyə biləcəksiniz. Bizi daha yaxından tanımaq üçün isə sizi məktəbimizə dəvət edirik. Milliyət və yaşından asılı olmayaraq şagirdlərə yaradılan imkanları sizə nümayiş etdirmək arzusu ilə sizləri məktəbimizdə gözləyirik.